Layihə Haqqında

Layihənin məqsədi

“Kəpəz100k” layihəsi 2022/2023-cü illər mövsümündən etibarən Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya əldə edən "Kəpəz" Peşəkar Futbol Klubu üçün 100.000 AZN ianə toplamaq məqsədi daşıyır. İanəçilər veb platformada yerləşdirilən 7140 pikseldən ibarət olan qrafik futbol meydançasından 1, 4, 9 və ya 16 ədəd piksel əldə edə bilər.

Qrafik stadion haqqında məlumat

Veb platformada yerləşdirilən “Kəpəz”in virtual futbol meydançasının ölçüsü real futbol meydançası ölçülərinə uyğun olaraq 105x68 nisbətindədir. Ümumi piksel sayı 7140 ədəddir. İanəçilər bir dəfəyə 1, 4, 9 və ya 16 ədəd piksel əldə edə bilər. 1 pikselin qiyməti 15 AZN təşkil edir.

İanəçi nə əldə edir?

İanəçi “Kəpəz100k” rəqəmsal platformasında kluba öz dəstəyini göstərməklə yanaşı bir çox üstünlüklər də əldə edir. İstifadəçilərin əldə etdikləri piksel ölçülərinə uyğun müvafiq şəkilləri virtual stadionda yerləşdiriləcək. Bununla yanaşı, ianəçilərin fotolarından ibarət stadionun şəkli klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə də öz əksini tapacaq.

Vəsaitin sərfi

Azərbaycan futbolu tarixində "yenilməz armada" ləqəbli, üçüncü ən titullu klub olan “Kəpəz”ə dəstək məqsədilə ianə edən şəxslərdən toplanan 100.000 AZN kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.


Layihə Futbolun İnkişaf
ı Fondu və "Kəpəz" klubu tərəfindən həyata keçirilir.

Hüquqi şəxsin adı: “Futbolun İnkişafı Fondu”

Hüquqi ünvanı: Bakı şəhəri Nobel prospekti 2208

VÖEN: 2004143391

Layihə  Haqqında