Qaydalar

İstifadəçi platformaya daxil olaraq, virtual stadionda öz şəklini, ad və soyadını, dəstək mesajını və sosial media hesabının linkini yerləşdirərək Klubun tarixində yer almaq hüququ qazanır. Daxil edilən məlumatların məzmununa görə İanəçi məsuliyyət daşıyır.

Daxil edilmiş məlumatlar 48 saat ərzində moderasiyadan keçəcək və təsdiqləndiyi halda Sizə bildiriş göndəriləcək.

Şəkil:

İstifadəçinin yerləşdirdiyi şəkil özünə və yaxud istifadəsinə icazə verən şəxsə aid olmalıdır. Müvafiq xanaya özünün yaxud şəklini yerləşdirməyə icazə verən şəxsin şəxsiyyət vəsiqəsinin fotosunu yerləşdirməlidir. İanəçi qeyri-etik şəkillərin istifadəsindən çəkinməlidir. Yuxarıda qeyd olunan şərtlərə uyğun olmayan fotolar moderasiyadan keçməyəcək.

Ad, soyad:

İstifadəçi ad və soyadını müvafiq xanaya doğru şəkildə qeyd etməli, prosesin sonunda yenidən düzgünlüyünü yoxlamalıdır.

Mesaj:

Qeyd edəcəyiniz mesaj 30 simvoldan çox olmamalıdır. Etik qaydalardan kənar söz və ifadələrin məlumat xanalarına yüklənməsi qadağandır.

Link:

Bu xanaya yerləşdirəcəyiniz link Sizə, yaxud şəklini yerləşdirəcəyiniz şəxsə aid olmalıdır.

Qeyd
Hər hansısa səbəbdən qeydiyyatınız təsdiqlənməsə, səbəbi ilə bağlı Sizə elektron poçt vasitəsilə məlumat veriləcək. Məlumatları yenilədikdən sonra qeydiyyatınızı tamamlaya bilərsiniz.

Qaydalar